Oktyabrın 4-ü Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rəşad İbrahimovun imza günü baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, müəllif saat 14:00-dan 16:00-dək MİMTA Yayımlarının stendində oxucularla görüşəcək və kitablarını imzalayacaq.
Qeyd edək ki, Rəşad İbrahimov MİMTA Yayımları tərəfindən çap edilən “Ruhlandıran layihələr: idarəetmə incəsənəti” adlı kitabın müəllifidir.
Qeyd edək ki, bu kitab layihə idarəetməsində tapşırıqlar, müddətlərlə bərabər komandanı ruhlandırmaq, qarşı tərəflərlə pozitiv ünsiyyət qurmaq bacarıqlarının formalaşdırılmasından bəhs edir. Kitab həm Azərbaycan, həm də rus dilində nəşr olunub, bu yaxınlarda ingilis dilində də nəşri gözlənilir.
Siz də imzalı kitab əldə etmək və müəlliflə şəxsən görüşmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!



