Oktyabrın 4-ü və 5-i Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar jurnalist və yazıçı Yunis Orucovun imza günü baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, yazar saat 12:00-dan 15:00-dək MİMTA Yayımlarının stendində oxucularla görüşəcək, kitablarını imzalayacaq.
Qeyd edək ki, Yunis Orucov MİMTA Yayımları tərəfindən çap olunan “Nargin”, “Tunel” və “Boraltan” adlı tarixi romanların müəllifidir.
İmzalı kitab əldə etmək və müəlliflə şəxsən görüşmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!



