Xəbərlər

Sabah Bakıda və rayonlarda leysan olacaq

Bakıda və rayonlarda noyabrın 5-də yağış yağacağı gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9–12, gündüz 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80–90 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6–11, gündüz 16–21, dağlarda gecə 0–5, gündüz 5–9 dərəcə isti olacaq.