Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 12-16° isti olacaq.