Sabah İstanbulda Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində Yaxın Şərq üzrə məsləhətləşmələr aparılacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək.
Yılmaz və Boqdanovun Suriya və Fələstin başda olmaqla regional məsələlərlə bağlı hərtərəfli fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd edilib ki, Rusiya Türkiyənin Yaxın Şərqdəki proseslər kontekstində məsləhətləşmələr aparmağa önəm verdiyi bir ölkədir.