Xəbərlər

Sabah ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq

Ölkə üzrə aprelin 22-də pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.