Xəbərlər

Sabah Tramp və Putin arasında danışıq olacaq

ABŞ prezidenti Donald Tramp sabah Rusiya prezidenti Vladimir Putinlə Ukrayna və Rusiya arasında sülh razılaşması ilə bağlı danışacağını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp Floridadan Vaşinqtona gedərkən jurnalistlərə açıqlamasında deyib.

“Çərşənbə axşamı gününə qədər açıqlayacaq bir şeyimiz olub-olmadığını görəcəyik. Çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çox iş görüldü. Biz bu müharibəni bitirə biləcəyimizi dəqiqləşdirmək istəyirik”, – Tramp qeyd edib.

Tramp həmçinin bəyan edib ki, o, Putinlə “torpaq güzəştləri” və “elektrik stansiyaları”nın taleyi barədə də danışacaqlar.