“Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəyik”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə bildirib.
Öz növbəsində Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını qeyd edib.
“İranla əlaqələri genişləndirmək istəyirik. İqtisadiyyat, ticarət, enerji, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”, – Şahin Mustafayev deyib.