Xəbərlər

Sallivan: ABŞ-ın İranla danışıqlar aparmaq üçün yaxşı imkanları var

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası İranla danışıqlar aparmaq üçün yaxşı vəziyyətdə olacaq, çünki ölkə hazırda zəifləyib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“İran inqilabdan sonrakı bütün tarixi ərzində ən zəif vəziyyətdədir. İnanıram ki, indi İranla işləmək üçün əlverişli imkan var. Amma siz bilirsiniz ki, bu, yeni administrasiyanın bu fürsətdən istifadə edib-etməməsindən aslıdır”, – Sallivan əlavə edib.