Xəbərlər

Sallivan: Çinlə mümkün müharibə sursatların sürətlə tükənməsinə səbəb olacaq

“Çinə qarşı hipotetik genişmiqyaslı müharibə sursat ehtiyatlarının dərhal tükənməsinə səbəb olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Əlavə etmək istədiyim son məqam odur ki, Allah eləməsin biz Çin Xalq Respublikası (ÇXR) ilə genişmiqyaslı müharibəyə düçar olaq. ÇXR kimi bir ölkə ilə istənilən müharibə sursatlarımızın çox tez tükənməsinə gətirib çıxaracaq”, – Sallivan əlavə edib.