Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Qeyd edək ki, S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.