Xəbərlər

Sankt-Peterburqda BRİCS-in iqtisadi konqresi keçiriləcək

“Noyabrın 21-də Sankt-Peterburqda açılacaq BRİCS ölkələrinin VI Beynəlxalq Bələdiyyə Forumunun (BVF) İqtisadi Konqresində Rusiya və 50-dən çox ölkədən nümayəndələr iştirak edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

“Tədbirdə 3500-dən çox insan, o cümlədən Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərqin 57 ölkəsindən olan xarici nümayəndələr iştirak edəcəklər. Səhiyyə ilə yanaşı, iqtisadiyyat, gənclər siyasəti, işgüzar turizmin inkişafı, ekologiya və ətraf mühitin idarə edilməsi və digər sahələrdə aktual məsələlər müzakirə olunacaq. Konqres çərçivəsində keçirilən sessiya və dəyirmi masalarda ictimai rəy liderləri, biznes, dövlət və bələdiyyə orqanlarının nümayəndələri şəhərlərin iqtisadi dayanıqlığı, infrastrukturun inkişafı, şəhər məkanının rəqəmsallaşması, kiçik və orta sahibkarlığa dəstək mövzularına da toxunacaqlar”, – məlumatda bildirilib.