Xəbərlər

Səfir: BRİCS qlobal böhranların həlli üçün maksimum səy göstərir

“BRİCS assosiasiyası qlobal böhranları həll etmək və müharibələrə son qoymaq üçün hər cür səy göstərir”.

“Füyuzat”ın məlumatına görə, bunu Misirin Rusiyadakı səfiri Nazih Nəqari deyib.

“BRİCS qrupu, əsasən, resursların mübadiləsi və BRİCS qrupunun qlobal səhnəyə təsirinin artırılması yolu ilə iqtisadi əməkdaşlığı gücləndirməyi hədəfləyir. Bu, qarşılıqlı əlaqələri gücləndirən, lakin fəaliyyətini və siyasətini heç kimə qarşı yönəltməyən ölkələr qrupudur. Bu təşkilat beynəlxalq arenada öz rolunu gücləndirir, böhranların həlli və dünyada müharibələrə son qoyulması üçün maksimum səy göstərir”, – o qeyd edib.