“Rusiya və Çin liderləri Vladimir Putin ilə Si Cinpin sentyabr ayında tarixi əhəmiyyət kəsb edəcək və ölkələr arasında əlaqələrə güclü təkan verəcək əlamətdar görüş keçirəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.
“Sentyabr ayında bu qızıl payız dövründə Pekində Yaponiya təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində Qələbənin 80 illiyi və Ümumdünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı təntənəli yığıncaq keçiriləcək. Çin və Rusiya liderləri növbəti dəfə ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edəcək və bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə güclü təkan verəcək tarixi əhəmiyyətə malik mühüm görüş keçirəcəklər.
Çin və Rusiya zamanın sınağından keçmiş həqiqi dostlardır.
Çin-Rusiya münasibətləri iki ölkənin fundamental maraqlarına və ümumi ehtiyaclarına əsaslanır, aydın tarixi məntiqə və güclü daxili hərəkətverici qüvvələrə malikdir. Bunlar müasir dünyada böyük dövlətlər arasında ən sabit və strateji qiymətli münasibətlərdən bəziləridir”, – o əlavə edib.



