Xəbərlər

Səfir: Qəzzanın bərpasına 90 milyard dollara qədər vəsait lazımdır

“BMT-nin hesablamalarına görə, Qəzza zolağının bərpasına 80-90 milyard dollara qədər vəsait lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl “İzvestiya”ya müsahibəsində deyib.

“Qəzzanın yenidən qurulması ilə bağlı beynəlxalq donor konfransının keçirilməsi zəruridir. Bu konfrans nizamlanma və aydın baxış olmadan baş tutmayacaq və bu, yalnız Fələstin Muxtariyyətinin iştirakı ilə mümkündür”, – səfir bildirib.