Xəbərlər

Səfir: Rəisinin ölümü İranın digər ölkələrlə münasibətlərini dəyişməyəcək

İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında ölməsi Tehranın digər ölkələrlə münasibətlərində dəyişikliyə səbəb olmayacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Belarusdakı səfiri Əlirza Sanei TASS müxbirinin sualını cavablandırarkən bildirib.

“Xeyr, heç bir ölkə ilə, o cümlədən Belarus Respublikası ilə əməkdaşlıqda heç bir dəyişiklik olmayacaq”, – səfir qeyd edib.