“Rusiya başqa dövlətlərin, o cümlədən ABŞ-ın işlərinə qarışmayıb və qarışmır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
“Biz Amerika kəşfiyyatının ölkəmizi ABŞ-dakı seçki pozuntuları ilə bağlı uydurma videolar yaymaqda ittiham edən bəyanatına diqqət yetirdik. Vurğulamaq istərdik ki, Rusiya digər dövlətlərin, o cümlədən ABŞ-ın daxili işlərinə qarışmayıb və qarışmır. Bu, ABŞ-ın daxili siyasi mübarizəsində istifadə olunmaq üçün uydurulmuş böhtandır”, – məlumatda bildirilib.