Ədəbiyyat

Şeir

Ay işığı – yolçuların yoluna səpələnmiş nur işığı,
görməyə susamış gözlərin itirilmiş nurudur.
Doğum günü – ağrılı bi ayrılıq,
Ölüm günü – əbədiyyət yoludur.
Əsən külək – dərrakəsiz, düşünməyən,
hüdüdlanmış beyinlərin yelidir.
Yağan yağış – yuyulan və yuyulmayan,
unudulan günahların selidir.
Yarpaqlardan sürüşən şeh damlası
kimlərinsə çox həzin göz yaşıdır.
Sıldırımlı sahilin şiş qayası
ürək üstə qalanmış qəlb daşıdır.
Dağlardan enən küylü şəlalə
ani sevinclərin şırhaşırıdır.
Sevgiyə boyanmış tənha bir lalə
nakam məhəbbətin qanlı yarıdır.
Ümman – zərrəsi eşq olan boz həyat,
İnam – imana çatdıran bir varidat.
Ruhumuz – dünənimiz, keçmişimiz,
unudulmuş yaddaşımız, milyon-milyon yaşımız,
Cismimiz – bu gününmüz, indimiz,
günahları üzərində gəzdirilə,
itirəcək olunmalı cildimiz.
Həyat – tapmaq, itirmək, aclıqlar içində
sevgi gülü bitirmək.
Zaman – dayanması qeyri-mümkün sürət qatarı,
Sürəti duyur yalnız yolu edənlər yarı.
Görüş yeri – son mənzil, son məntəqə,
məqsədlərin, əməllərin toplandığı,
kəsişdiyi son nöqtə!..

Mətanət Abdullayev