Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov hesab edir ki, Yaxın Şərqdə son vaxtlar baş verən bir sıra münaqişələr, o cümlədən İsrail və İran arasında mövcud qarşıdurma İsrail liderlərinin hakimiyyəti əldə saxlamaq arzusu ucbatından baş verib.
“Füyuzat“ın məlumatına görə, Klimov bu fikri TASS-a müsahibəsində bildirib.
“Bütün yaşananlar İsrailin hazırkı liderlərinin hakimiyyəti əldə saxlamaq istəklərinin nəticəsidir. Bu səbəbdən onlar münaqişələr yaradırlar. Lakin bunun sonu pis olacaq. Belə olan halda İsrailin təcrid olunması daha da artacaq”, – Klimov bildirib.