Xəbərlər

SEPAH-ın yüksək səviyyəli komandiri: İran İsrailə yenidən zərbə endirməyə hazırdır

“Tehran İsrailin ABŞ və onun avropalı müttəfiqlərinin dəstəyi ilə təxminən doqquz aya yaxındır ki, Fələstində cinayətlər törətdiyini görməkdən kədərlənir”.

“Füyuzat”ın məlumatına əsasən, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, general-mayor Əmir Əli Hacızadə deyib.

“Tehran İsrailə növbəti irimiqyaslı zərbə endirməyə hazırdır, lakin İranın İsrailə qarşı birbaşa hərəkətə keçməsi üçün şərtlər hələ yetişməyib”, – deyə Hacızadə vurğulayıb.