“İran Silahlı Qüvvələri İsrailə qarşı son zərbələr zamanı hələ də öz raket potensialından tam istifadə etməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri Əhməd Vəhidi bildirib.
“Biz hələ strateji raket potensialımızdan tam istifadə etməmişik. Lazım bildiyimiz zaman müasir avadanlıqlarımızı döyüş meydanına gətirəcəyik. Və yeni nəsil raketlər bunun yalnız bir hissəsi olacaq”, – o, “Tasnim” xəbər agentliyinə müsahibəsində vurğulayıb.
Vəhidi qeyd edib ki, İranın raketlərinin tükənməsi ilə bağlı iddialar yalandır.