“İsrail İranla ABŞ arasında birbaşa hərbi toqquşmada maraqlıdır, lakin Tehran buna imkan verməyəcək və özünü var gücü ilə müdafiə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin baş müşaviri, general Hüseyn Daqiqi deyib.
“İran və ABŞ arasında müharibə İsrailin çoxdankı məqsədlərindən biridir, lakin hazırda sionist rejimin İrana qarşı müharibəsi qəbuledilməzdir və biz əminik ki, İran xalqı İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli olduğunu hamıya göstərəcək”, – Daqiqi bildirib.