“İranın İsrailə qarşı əməliyyatları düşmən tamamilə məhv edilənə qədər davam edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
“Cinayətkar İsrail rejimin tərəfdarları bilməlidirlər ki, İranın rejimin əhəmiyyətli və həssas hədəflərinə qarşı effektiv, hədəflənmiş və öldürücü əməliyyatları onun tamamilə məhv edilməsinə qədər davam edəcək”, – İranın “Tasnim” xəbər agentliyi SEPAH-a istinadən bildirib.