Xəbərlər

Serbiyanın Avropadakı səfirlikləri terror təhlükəsi barədə xəbərdarlıq alıb

“Avropanın iki ən böyük paytaxtında Serbiyanın səfirlikləri son 24 saat ərzində terror aktları ilə bağlı hədələr alıb və diplomatik missiyalarda təhlükəsizlik tədbirləri gücləndirilib”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç deyib.

“Avropanın digər təhlükəsizlik agentlikləri ilə əməkdaşlıq edərək, biz bu təhdidlərin qarşısını almaq və aradan qaldırmaq üçün çalışırıq, çünki Priştinadan kimsə illərdir sistematik olaraq serblərə hücumun məqbul olduğu bir mühit yaratmaq üçün çalışır”, – o bildirib.

Curiçin sözlərinə görə, Serbiyanın diplomatik nümayəndəliklərinə qarşı təhdidlər Kosovo albanlarından gəlir.

Serbiyalı nazir kəşfiyyat xidmətləri ilə məsləhətləşmələrə ehtiyac olduğunu əsas gətirərək təfərrüatları açıqlamayıb. O həmçinin əlavə edib ki, Serbiyanı hücumla hədələyənlərdən birinin şəxsiyyəti müəyyən edilib.