“Vaşinqton 2022-ci ilin fevral ayının sonundan etibarən Kiyevə təxminən 23 milyard dollar yardım ayırıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bəyan edib.
“2022-ci il fevralın 24-dən etibarən ABŞ-dan büdcə yardımının ümumi həcmi təxminən 23 milyard dollar təşkil edir. Yığılan vəsaitlər ölkəmizin maliyyə sisteminin sabitliyinə mühüm töhfə verib”, – Marçenko bildirib.
Marçenko həmçinin qeyd edib ki, Ukraynanın ABŞ-dan yardım almağa davam etməsi kritik dərəcədə vacibdir.
“Biz gözləyirik ki, Birləşmiş Ştatlar Konqresi 2024-cü il üçün Ukraynaya yardım paketini təsdiqləmək üçün ən qısa zamanda müvafiq qərar qəbul edəcək”, – o əlavə edib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatlarına görə, 2023-cü ilin sonunda Ukraynanın dövlət borcu ÜDM-in 80%-nə çatıb.