Azərbaycan Milli İncəsənət Muzeyi ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş “Səsin rəngi”adlı sərgini 2026-cı il yanvarın sonuna qədər davam etdirməyi qərara alıb.
“Füyuzat ” xəbər verir ki, bu barədə Milli İncəsənət Muzeyi məlumat yayıb.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq sənətkarın şəxsi əşyaları da ictimaiyyətə təqdim edilir. Onun əlyazmaları, ömrünün son illərində qələmə aldığı məktublar, daim özü ilə daşıdığı kiçik təsbeh və digər nadir nümunələr sərginin əsas eksponatları sırasındadır.
Həmçinin Rəşid Behbudovun səsi də bu sərginin ayrılmaz hissəsidir. Sərgidə onun filmlərindən və səhnə çıxışlarından seçilmiş fraqmentlər nümayiş etdirilir.




