Xəbərlər

ŞƏT-in Baş katibi: Terrorla mübarizə aparacağıq

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) terrorizmin bütün formalarına qarşı qətiyyətlə mübarizə aparacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ŞƏT-in Baş katibi Çjan Minq deyib.

“Terrorizm bütün bəşəriyyətin ortaq düşmənidir”, – Baş katib bildirib.

Qeyd edək ki, o, Sinddə həm çinli, həm də pakistanlıların öldürüldüyü son terror aktını qətiyyətlə pisləyib və həlak olanlara dərin hüznlə başsağlığı verib.