Xəbərlər

ŞƏT ölkələri Aİ sahəsində təhlükəsizliyin artırılması üçün səy göstərməyə hazırdır

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ölkələri süni intellekt sahəsində risklərin qarşısının alınması və təhlükəsizliyin artırılması üçün birgə fəaliyyətə hazırdırlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstanın paytaxtı Astanada imzalanmış ŞƏT-in Dövlət Başçıları Şurasının Astana Bəyannaməsində bildirilir.

“Süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə böyük əhəmiyyət verən üzv dövlətlər süni intellekt texnologiyalarının təhlükəsizliyinin, məsuliyyətinin, etibarlılığının və ədalətliliyinin daim bütün bəşəriyyətin xeyrinə təkmilləşdirilməsi məqsədilə risklərin qarşısının alınması üçün birgə fəaliyyətə hazır olduqlarını qeyd etdilər”, – deyə sənəddə vurğulanır.

Bəyannamədə həmçinin yaradıcı iqtisadiyyatın tərəflərin innovasiya potensialının inkişafının vacib komponentlərindən biri kimi əhəmiyyəti qeyd olunur:

“Onlar (ŞƏT dövlətləri) hesab edirlər ki, yaradıcı sənaye sahələrinə dəstək iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, kiçik və orta biznesin inkişafına və ŞƏT-ə üzv dövlətlərin, o cümlədən ucqar və kənd yerlərində məşğulluq bazarının genişlənməsinə kömək edəcək”.