Xəbərlər

ŞƏT ölkələri Qəzza zolağında mülki əhalinin tələfatına səbəb olan hərəkətləri pisləyib

Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitdə qəbul edilən bəyannaməyə əsasən, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri Qəzzada çoxsaylı mülki əhalinin tələfatına səbəb olan hərəkətləri pisləyib.

“Füyuzat”ın məlumatına görə, üzv dövlətlər İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən dərin narahatlıq ifadə edərək, Qəzza zolağında çoxsaylı mülki itkiləri və dağıdıcı humanitar vəziyyətə gətirib çıxaran hərəkətləri qəti şəkildə pisləyiblər.

ŞƏT liderləri mümkün qədər tez davamlı atəşkəsin təmin edilməsi, regionun bütün sakinləri üçün sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün səylərin artırılmasının vacibliyini qeyd ediblər. Bundan əlavə, Fələstin probleminin hərtərəfli və ədalətli həllinin tapılmasının Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsinin yeganə yolu olduğuna diqqət çəkiblər.