Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr Qəzza zolağında davamlı atəşkəs rejiminin yaradılmasına və yerli sakinlərə humanitar yardımların tam şəkildə çatdırılmasına çağırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə ŞƏT-in Tiencin sammitinin yekun bəyannaməsində bildirilib.
“ŞƏT-ə üzv dövlətlər sürətli, tam və davamlı atəşkəsin təmin edilməsinin, humanitar yardıma çıxışın və regionun bütün sakinləri üçün sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayır. Üzv dövlətlər qeyd edirlər ki, Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsinin yeganə mümkün yolu Fələstin məsələsinin hərtərəfli və ədalətli həllidir”, – bəyannamədə qeyd olunub.



