Pekində Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud və Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Çjan Yuxia arasında görüş keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər hərbi və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini genişləndirmək yollarını müzakirə ediblər. Xalid bin Salman Əl Səud və Çjan Yuxia da iki ölkə arasında strateji əlaqələrin əhəmiyyətini vurğulayıblar.