“Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdül Rəhman bin Süleyman əl-Əhməd deyib.
“Krallıq milli təhlükəsizlik müşavirlərinin iclaslarında iştirak edərək, Ukraynadakı böhranın deeskalasiyasına yönəlmiş bütün qərarları dəstəkləyir və bütün tərəflər arasında əlaqə yaratmaq üçün vasitəçilik səylərini həyata keçirməyə hazırdır”, – diplomat qeyd edib.