Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiyanı Asiya neft bazarından sıxışdırır

“Asiya ölkələri Səudiyyə Ərəbistanından neft alışını artırır, Rusiyadan isə azaldır. Bu, regionda neftə tələbatın ümumi azalması ilə əlaqəlidir. Gələn il tədarükçülər arasında rəqabət daha da şiddətlənə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Moscow Times” yazır.

“Səudiyyə Ərəbistanının Asiya ölkələrinə neft tədarükünün həcmi ənənəvi olaraq Rusiya neftini üstələyir. Amma son üç ayda fərqdə artım müşahidə olunub ki, bu da noyabrda xüsusilə nəzərə çarpıb”, – deyə məlumata əlavə olunub.