Dekabrın 7-də “Litera” kitab evində səyyah yazıçı İradə Qədirovanın “Səninləyəm” adlı yeni kitabının təqdimatı baş tutub. Müəllifin sayca dördüncü kitabı olan “Səninləyəm” “Kərbəladan Konyaya kimi küldən doğuluş hekayəsi” mövzusu ilə oxuculara təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, tədbirdə əməkdar jurnalist və yazıçı Yunis Orucov, müəllifin qələm dostları, Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez iştirak ediblər. Çıxışlarda qonaqlar kitabın ruhu, təhkiyə tərzi və mövzusunun dərinliyindən bəhs ediblər.
Əsərdə hadisələr Almaniya, Türkiyə (İstanbul, Antalya, Isparta, Burdur, Konya), İraq, Özbəkistan, Venesuela, Misir və Səudiyyə Ərəbistanında cərəyan edir. Yazıçı bu ölkələri yalnız zahiri səhnə kimi deyil, qəhrəmanın batini dönüşümünün məkanları kimi təqdim edir.
Qeyd edək ki, yazarın “Eşqin izi ilə” və “Dünya Vətəndən başlayır” kitabları da MİMTA Yayımlarında nəşr edilib.












