Xəbərlər

Si Cinpin: Cənub ölkələri müstəqil hərəkət etməlidirlər

“Cənub ölkələri beynəlxalq arenada baş verən böyük dəyişikliklər və görünməmiş çağırışlar fonunda müstəqil hərəkət etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.

“Dünyada dəyişikliklər sürətli şəkildə baş verir və bəşəriyyət görünməmiş problemlərlə üzləşir. Beynəlxalq vəziyyət nə qədər çətin olsa da, qlobal Cənub ölkələri müstəqilliyini, birliyini və əməkdaşlığını qorumalı, beynəlxalq ədaləti birgə müdafiə etməlidir”, – Prezident bildirib.