Xəbərlər

Si Cinpin: Çin açıq iqtisadiyyatın formalaşmasına töhfə verməyə hazırdır

“Çin hakimiyyəti Asiya-Sakit okean regionunda açıq iqtisadiyyatın formalaşmasına töhfə verməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.

“Mən 31-ci APEC-in qeyri-rəsmi liderlər görüşündə iştirak etməyi və bütün tərəflərlə qarşılıqlı əlaqə qurmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, uğura töhfə verəcəyəm. Biz qlobal iqtisadi artımı təşviq etmək və Asiya-Sakit Okean regionunda birgə taleyüklü icma yaratmaq niyyətindəyik”, – Çin Xarici İşlər Nazirliyi (XİN) Çin liderinin sözlərindən sitat gətirib.

Qeyd edilib ki, Cinpin APEC liderlərinin noyabrın 17-dək baş tutacaq 31-ci qeyri-rəsmi görüşünün keçiriləcəyi Peruda dövlət səfərindədir.