“Pekin Vaşinqtonla qarşılıqlı əlaqədə olaraq, ölkənin suverenliyini və inkişaf maraqlarını hər zaman müdafiə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib.
“Suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qorumaq mövqeyimiz dəyişməz olaraq qalır. ABŞ və Çində vəziyyət dəyişsə də, Pekinin iki ölkə arasında münasibətlərin sabit, sağlam və davamlı inkişafını təmin etmək məqsədi dəyişməz olaraq qalacaq”, – Cinpin bildirib.