“Çin İranın BRİCS fəaliyyətində iştirakını alqışlayır, onunla daha ədalətli dünya nizamının yaradılmasına birgə töhfə verməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.
“İranın ilk dəfə BRİCS liderlərinin toplantısında rəsmi üzv kimi iştirakını alqışlayıram. Çin Xalq Respublikası (ÇXR) qlobal Cənubun təsirini və səsini daha da gücləndirmək, beynəlxalq nizamı ədalətli və rasional istiqamətdə inkişaf etdirmək üçün BRİCS platformasında və digər çoxtərəfli strukturlarda İranla əməkdaşlığı gücləndirməyə hazırdır. İran regionda və beynəlxalq arenada mühüm rol oynayan Çinin yaxın dostu və tərəfdaşıdır”, – Çin lideri bildirib.