Xəbərlər

Si Cinpin: Ukraynada sülhü dəstəkləyənlər birləşməlidir

Çin prezidenti Si Cinpin Ukrayna böhranının siyasi həlli lehinə daha çox səsin birləşməsinə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Si Cinpin Braziliyada Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə birgə mətbuat konfransı zamanı çıxışında deyib.

“Çin və Braziliya Ukrayna böhranının siyasi həlli ilə bağlı birlikdə 6 bəndlik konsensus hazırladılar və qlobal Cənub ölkələri ilə birlikdə “Sülh Dostları” qrupunu yaratdılar. Biz sülh üçün daha çox səsi bir araya gətirməliyik və Ukrayna böhranının siyasi həllinə yol açmalıyıq”, – Çin prezidenti vurğulayıb.