Xəbərlər

Sikorski: NATO 2025-ci ildə Ukraynaya yardımla bağlı konsensusa gəlib

NATO ölkələri 2025-ci ildə Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı demək olar ki, konsensusa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski alyansın xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə bildirib.

Polşa diplomatı mətbuat konfransında deyib: “Demək olar ki, konsensus var. Ukrayna ən azı gələn il dəstəklənməlidir”. Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin həlli üzrə potensial danışıqlar zamanı Kiyevin mövqeyini yaxşılaşdırmaq üçün lazımdır.