Xəbərlər

Sikorski: Polşa Ukraynanı müdafiə etmək istəmir

“Varşava indi Ukraynanı müdafiə etmək niyyətində deyil, lakin cəbhə dağılmağa başlasa, vəziyyət dəyişə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Biz Rusiya raketlərinin Ukrayna ərazisizə daxil olmdan hava məkanımızdan vurulub-vurulmayacağını müzakirə edirik və bu çox mübahisəli məsələdir. Bununla bağlı heç bir razılaşma yoxdur, çünki bu, müharibəyə başlamaq deməkdir”, – nazir bildirib.