Silahlı qruplaşmalar Suriyanın cənubundakı Hasaqaya əyalətində yerləşən ABŞ-ın “Əl-Şaddadi” hərbi bazasına bir neçə raket zərbəsi atıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 1-də oxşar hücum Suriyanın Deyr ez-Zor əyalətində yerləşən Konoko neft və qaz sahəsinin yaxınlığındakı Amerika bazasına da edilib. Hücum zamanı bazaya 10-dan çox raket dəyib ki, bu da hərbi obyektdə yanğına səbəb olub.