“ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır və Avropada sabitliyi pozur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinə istinadən məlumat yayıb.
“Entoni Blinken həqiqətlə yalanı qarışdıraraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, lakin o heç bir halda böhran vəziyyətinin yaranmasının və uzanmasının mənbəyinin ABŞ olduğunu gizlədə və inkar edə bilməyəcək”, – diplomat bildirib.