“ABŞ-ın Koreya yarımadasındakı düşmənçilik hərəkətləri Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə müharibəyə səbəb ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə KXDR Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri məlumat yayıb.
“Bu gün qlobal miqyasda ABŞ-ın hərbi avantürizmi təhlükəli xətti keçdikdcə yaranan sərt hərbi-siyasi vəziyyət hər an real müharibənin olmasına şərait yaradır. Biz qəti şəkildə xəbərdarlıq edir və tələb edirik ki, ABŞ və onun KXDR-ə düşmən olan ortaqları Koreya yarımadasında və onun ətrafında hərbi qarşıdurmanı silahlı münaqişəyə gətirib çıxara biləcək növbəti təxribatçı və sabitliyi pozan düşmənçilik hərəkətlərini dərhal dayandırsın”, – məlumatda bildirilib.