Xəbərlər

Şimali Koreya Cənubi Koreyaya xəbərdarlıq edib

“Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyadan xalq respublikasına təbliğat vərəqələri olan pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsini dayandırmağı tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə KXDR Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyi, Baş Qərargah, bütün səviyyələrdə ordu hissələri vəziyyətin istənilən inkişafına cavab vermək üçün hazırlıqlara başlayıb. Biz son dəfə ultimatum olaraq ciddi xəbərdarlıq edirik. Biz tərəflər arasında toqquşmalara və müharibəyə səbəb ola biləcək məsuliyyətsiz, təhlükəli, təxribatçı davranışa dərhal son qoyulmasını tələb edirik”, – məlumatda bildirilib.