“İsrailin İrana zərbələri təcavüz və qlobal sülhün pozulmasıdır”.
“Füyuzat”ın məlumatına görə, bu sözlər Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“İyunun 13-də səhər tezdən İsrail İran İslam Respublikasına qarşı irimiqyaslı hərbi zərbələr endirdi. Bu cür qeyri-qanuni dövlət terrorizmi Yaxın Şərqdə yeni genişmiqyaslı müharibə təhlükəsini doğurur və beynəlxalq ictimaiyyətin kəskin narahatlığına səbəb olur. İsrailin hərəkətləri beynəlxalq hüququ və BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozur və dövlətin suverenliyini, ərazi bütövlüyünü tapdalayan son dərəcə qəddar bir təcavüz aktıdır”, – məlumatda bildirilib.