Xəbərlər

Şimali Koreya NATO-ya xəbədarlıq edib

Şimali Koreya Rusiya ilə münasibətlərini pisləyən NATO-ya reaksiya verib. Təşkilatın ölkənin maraqlarını pozmağa davam edəcəyi təqdirdə bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumatda NATO-nun Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələri pisləməsi ilə bağlı bildirilib ki, NATO bunu ABŞ-ın diqtəsi ilə edir və alyans ABŞ-ın döyüş alətindən başqa bir şey deyil.

“Əgər NATO Şimali Koreyanın maraqlarını pozmağa davam edərsə, bunun səbəb olacağı faciəvi nəticələrə görə tam məsuliyyət daşıyacaq”, – deyə Şimali Koreya tərəfi xəbərdarlıq edib.