Şimali Koreyanın Prezidenti Kim Çen İnin əmri ilə qitələrarası ballistik raket buraxılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Bu buraxılış ədalətli və tamamilə qanuni hərbi tədbirdir və bu, respublikanın təhlükəsizliyini təhdid edən və son zamanlar regionda təhlükəsizlik vəziyyətini qəsdən gərginləşdirən düşmənlərə cavab vermək əzmimiz olduğunu göstərir”, – Kim Çen İn bildirib.