Koreya Xalq Ordusu Baş Siyasi İdarəsinin rəis müavini Pak Yonq İlin rəhbərlik etdiyi Koreya Xalq Demokratik Respublikasıdan (KXDR) olan nümayəndə heyəti III Beynəlxalq Antifaşist Konqresində iştirak etmək üçün Rusiyaya gedib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Verilən məlumata görə, aprelin 28-də Pxenyan Beynəlxalq Hava Limanında onları Rusiya hərbi attaşesi və digərləri qarşılayıblar.