Şimali Koreyanın yanvarın 6-da sınaqdan keçirdiyi yeni hipersəs raketinin bəzi xüsusiyyətləri açıqlanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Hipersəs raketinin sürəti səs sürətini 12 dəfə keçib və buraxılış zamanı raket 99,8 km yüksəkliyə çatıb. Raketin açıq sularda 1500 km məsafədəki hədəfi dəqiqliklə vurduğu bildirilib. Hipersəs raketinin mühərrik korpusunu hazırlamaq üçün karbon lifi ilə gücləndirilmiş yeni kompozit materialdan istifadə edilib”, – məlumatda qeyd edilib.